Avropa Şurasının Prezidenti Şarl Mişel və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon dabışığı baş tutub.
AzerTimes xəbər verir ki, bu barədə Ş. Mişel Tvitter hesabında yazıb.
Telefon danışığı zamanı Ukraynanı dəstəkləmək üçün lazım olan ehtiyaclar müzakirə olunub.
Ş.Mişel qeyd edib ki, Ukrayna Rusiya təcavüzünə cəsarətlə cavab verərkən, AB də əlavə hərbi yardım təmin edəcək:
“Yeni sanksiyalar hazırlanmaqdadır – bu, bizim qətiyyətimizdən geri çəkilməyəcəyimizi göstərir”.