Mişel vəzifəsini vaxtından əvvəl tərk edə bilər

Mişel vəzifəsini vaxtından əvvəl tərk edə bilər

AB Şurasının sədri Şarl Mişel iyunda keçiriləcək Avropa Parlamentinə seçkidə iştirak etmək niyyətində olduğu üçün istefa verə biləcəyini bildirib.

AzerTimes xəbər verir ki, o, bu barədə Belçikanın “De Standaard” qəzetinə müsahibəsində deyib.

“2024-cü ildə keçiriləcək Avropa seçkisində iştirak etmək qərarındayam”, – Mişel bildirib.

AB Şurasının sədri vəzifəsini vaxtından əvvəl tərk edib, iyun ayında Avropa Parlamentinə keçiriləcək seçkidə iştirak etmək üçün Belçikanın liberal partiyası “İslahat Hərəkatı”na (“Mouvement Réformateur”) qoşulmaq niyyətində olduğunu açıqlayıb.

Bu qərarla əlaqədar Mişel ilin sonunadək, mandatı başa çatmamış Avropa Şurasına sədrlik vəzifəsini tərk edəcək:

“İyunun sonu və ya iyulun əvvəlində Avropa Şurası yeni sədr barədə qərar verə biləcək”.

Teqlər: