Avropa Şurasının sədri Şarl Mişelin Ursula fon der Leyenin ikinci müddətə Avropa Komissiyasının rəhbəri vəzifəsinə seçilməsinə mane olmağa çalışdığı iddia edilir.
AzerTimes xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.
Qeyd olunur ki, pərdə arxasında AB-nin iki yüksək səviyyəli rəsmisi arasında güc savaşı ləğv edilmiş şam yeməyi və strateji baxımdan protokoldan kənar bəyanatlar əsasında baş verir:
“Mişel hazırda AB-nin xarici siyasət departamentinin rəhbəri vəzifəsi uğrunda yaxşı münasibətdə olduğu Borrelli əvəzləmək üçün mübarizə aparır”.