Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişellə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
AzerTimes xəbər verir ki, Ş.Mişel bu barədə X-də yazıb.
Tərəflər AB-Ermənistan münasibətlərini və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını müzakirə ediblər.
“Cənubi Qafqaz üçün sülh, sabitlik və rifah gündəliyi AB-nin gündəmində əsas yer tutur”, – AB rəsmisi yazıb.