Macarıstan Baş naziri Viktor Orban Avropa Şurasının hazırkı prezidenti Şarl Mişel istefa verəcəyi təqdirdə quruma rəhbərlik edə bilməyəcək.
AzerTimes xəbər verir ki, bu barədə jurnalistlərə AB Şurasının prezidenti Şarl Mişel özü danışıb.
“Açıq bildirmək istəyirəm ki, istənilən halda mənim varisimlə bağlı qərar iyunda verilməlidir və Avropa Parlamentinə keçidimlə bağlı qərar iyulda veriləcək. AB-nin başqa varis seçmək üçün kifayət qədər vaxtı var”, – Mişel vurğulayıb.
O qeyd edib ki, Avropa Şurasının bu strukturun prezidenti kimi Viktor Orbandan qaçmaq üçün çox yolları var.