Avropa Birliyi (AB) zəlzələdən zərər çəkmiş Mərakeşə dəstək verməyə hazırdır.
AzerTimes xəbər verir ki, bu barədə Avropa Birliyi (AB) Şurasının Prezidenti Şarl Mişel X-da paylaşım edib.
“Mərakeşdəki dağıdıcı zəlzələ ilə bağlı dəhşətli xəbərləri öyrəndim. Biz bu faciədə zərər çəkmiş hər kəslə və axtarış əməliyyatında iştirak edən xilasedicilərlə həmrəyik. Aİ bu çətin anlarda Mərakeşi dəstəkləməyə hazırdır”, – Mişel bildirib.
Qeyd edək ki, Mərakeşdə 6,9 bal gücündə zəlzələ baş verib. İlkin rəsmi məlumata görə, Mərakeşdə baş vermiş zəlzələdə 296 nəfər ölüb.