AB Şurasının sədri Şarl Mişel Rusiyada keçiriləcək prezident seçkisi ilə bağlı istehzalı status paylaşıb.
AzerTimes xəbər verir ki, o, bu barədə X sosial şəbəkə hesabında yazıb.
“Vladimir Putini bu gün başlayacaq seçkidəki qələbəsi münasibətilə təbrik etmək istərdim. Heç bir müxalifət yoxdur. Heç bir azadlıq yoxdur. Heç bir seçim yoxdur”, – o bildirib.