Mişel ermənilərin Qarabağa qayıtmasından danışdı

Mişel ermənilərin Qarabağa qayıtmasından danışdı

Etnik ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə qayıtmaq, ən azından ora səfər etmək haqları təmin edilməlidir. Və beynəlxalq standartlara uyğun olaraq, milli azlıqların təhlükəsizliyinin qorunması baxımından buna təminat verilməlidir. Azərbaycan Konstitusiyasında yer alan milli azlıqların qorunması çərçivəsində buna təminat olmalıdır.

AzerTimes xəbər verir ki, bunu Avropa Birliyi Şurasının sədri Şarl Mişel “Azadlıq” radiosuna müsahibəsində deyib.

“Biz həm Nikol Paşinyan, həm də İlham Əliyev ilə bütün çətinliklərin aradan qaldırılması yönündə danışıqlar aparırıq. Mən səmimi şəkildə inanıram ki, bugünlərdə əldə edilmiş irəliləyişin ardınca münasibətlərin normallaşması və bu mühüm regionda təhlükəsizliyin gücləndirilməsi yönündə – doğru istiqamətdə əlavə addımlar atılacaq”, – Mişel bildirib.

Teqlər: