Avropa Şurasının sədri Şarl Mişel Azərbaycan və Ermənistan liderləri ilə ayrı-ayrılıqda görüşlər keçirib.
AzerTimes xəbər verir ki, bu barədə “Azadlıq” radiosu diplomatik mənbələrə istinadla məlumat yayıb.
“Bu, ayrı-ayrı, ancaq yaxşı görüşlər idi”, – deyə diplomatik mənbə bildirib.
Qeyd edək ki, İlham Əliyev və Nikol Paşinyan Londonda Avropa Siyasi Birliyinin IV Sammitində iştirak edirlər.
Prezident Əliyevin Şarl Mişellə görüşü haqda hələlik rəsmi məlumat yoxdur.