Mişanın səhhəti yaxşılaşıb, türməyə qaytarılır

Mişanın səhhəti yaxşılaşıb, türməyə qaytarılır

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin səhhəti yaxşılaşıb və həkimlərin müvafiq rəyindən sonra o, həbsxanaya köçürüləcək.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze jurnalistlərə açıqlamasında deyib.

“Dəfələrlə demişəm ki, biz məhbus Saakaşvili ilə bağlı tamamilə ədalətliyik. Bunu həm Gürcüstan məhkəmələri, həm də Strasburq məhkəməsi təsdiqləyib.

Aydın oldu ki, dövlət bu şəxsin sağlamlıq hüququna tam hörmət etmək üçün hər şeyi edir. Bildiyiniz kimi, onun vəziyyəti yaxşılaşıb, biz buna sevinirik və həkimlər müvafiq təminat verəndə o, islah müəssisəsinə köçürüləcək”, – nazir bildirib.

Teqlər: