Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin həyatı təhlükədə deyil, lakin müalicədən imtina etməsi ağırlaşmalara səbəb ola bilər.
AzerTimes xəbər verir ki, bunu Saakaşvilinin müalicə olunduğu “Vivamed” klinikasının direktoru Zurab Çxeidze deyib.
“Onun vəziyyəti ağır hesab edilmir. Xəstədə ümumi zəiflik, başgicəllənmə var və bu da təəccüblü deyil. Tam qidalanmadığı üçün huşunun getməsinin təkrarlana biləcəyi gözlənilir. Biz dəfələrlə ailə üzvləri ilə müzakirə etmişik ki, onun yeməyi daha çox kalorili olmalıdır, amma heç nə dəyişməyib”, – Çxeidze bildirib.