General Sergey Kobılaş Rusiya Hərbi Kosmik Qüvvələri rəhbərinin müavini təyin edilib.
AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Qeyd edək ki, Kobılaş Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Ukraynadakı fəaliyyəti ilə əlaqədar beynəlxalq axtarışa verilib.
General Qafqazda da yaxşı tanınır. Belə ki, Kobılaş I və II Çeçen müharibələrində aktiv iştirakçı olub. 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana hərbi müdaxiləsi zamanı isə o, 368-ci aviasiya alayının rəhbəri olub və polkovnik rütbəsi daşıyıb. Kobılaş Gürcüstan şəhərlərinin bombardmanında iştirak edib. Onun idarə etdiyi Su-25 təyyarəsi Gürcüstan tərəfindən müharibənin gedişində vurulub. Kobılaş isə katapult edərək qəzadan xilas olub. Lakin onun sonrakı taleyi ilə bağlı iki ssenari mövcuddur. Bunlardan birincisi Kobılaş və Kremlin anlatdığıdır. Buna görə Kobılaş bir gürcü nənənin köməyi ilə xilas olaraq Rusiya tərəfə keçib.
İkinci ssenari isə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin dedikləridir. Saakaşvili Kobılaşı əsir götürdüklərini və daha sonra onu digər əsirlərlə mübadilə etdiklərini söyləyib.