Mişanın bədəninə zəhər süni şəkildə daxil edilib

Mişanın bədəninə zəhər süni şəkildə daxil edilib

Həbsdə olan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin bədənində ağır metalların miqdarının artması aşkar edilib.

AzerTimes xəbər verir ki, bu barədə onun anası Giuli Alasaniya məlumat verib.

“Onun bədənində civə, barium, tallium olub. Onun haradan gəldiyi məlum deyil. Bu, onun dərhal azadlığa buraxılmasına əsas verir”, – Alasaniya deyib.

O əmindir ki, zəhərli maddə Saakaşvilinin bədəninə süni şəkildə daxil olub, çünki şəxs təcrid olunmuş vəziyyətdə təkdir.

Bundan əvvəl Saakaşvilinin vəkili Valeri Gelbaxiani əcnəbi ekspertlərin Saakaşvilinin zəhərləndiyi haqda rəy verdiklərini bildirib. O qeyd edib ki, zəhərlənmənin hansı maddələrdən baş verməsinə dair araşdırmalar davam edir.

Teqlər: