Mişa Gürcüstana müharibə üçün göndərilib… – Mdinaradze

Mişa Gürcüstana müharibə üçün göndərilib… – Mdinaradze

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Gürcüstana göndərilməsi ölkəni müharibəyə cəlb etmək üçün xüsusi əməliyyat idi.

AzerTimes xəbər verir ki, bu sözləri Gürcü Arzusu Partiyasının parlament fraksiyasının sədri Mamuka Mdinaradze Zelenskinin Mixail Saakaşvili ilə bağlı Gürcüstan hökumətinə etdiyi müraciəti şərh edərkən deyib.

Onun sözlərinə görə, Gürcüstanı müharibəyə cəlb etmək istəyiblər və bununla bağlı konkret faktlar var:

“Bu, sadə bir qiymətləndirmədir. Qeyd etdiyimiz kimi, müharibədə iştirak bu xüsusi əməliyyatın əsas məqsədlərindən biri idi. Biz bunu təsadüfən demirik, faktlar mövcuddur. Biz Ukraynanın bir sıra yüksək rütbəli məmurlarının hazırda Gürcüstan hökumətində müharibə apara biləcək insanların olmadığını, Saakaşvilinin isə bunu edə biləcəyi barədə bəyanat verdiklərini müzakirə edə bilərik. Bəli, onların belə bir gözləntiləri var. Xüsusi əməliyyatın sifarişçiləri Ukrayna prezidentinin belə bu məsələyə münasibət bildirməsini təmin ediblər. Biz bütün bunları bir-biri ilə əlaqədə, sintez olaraq nəzərdən keçirməliyik. Belə şeylər təsadüfən baş vermir. Bu, Gürcüstanı müharibəyə cəlb etmək və uğursuzluğa düçar etmək üçün xüsusi əməliyyat idi”, – Mdinaradze vurğulayıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski hazırda həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili ilə bağlı Gürcüstan hökumətinə müraciət ünvanlayıb.

Teqlər: