Nazirlər Kabineti “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
AzerTimes xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, saflaşdırılmış və saflaşdırılmamış mis, mis ərintiləri, mis tullantıları və qırıntılarına tətbiq edilən ixrac rüsumunun dərəcələri 5 sentyabr 2021-ci ildən 31 dekabr 2024-cü ilə qədər uzadılıb.
Sözügedən ixrac rüsumunun dərəcəsi gömrük dəyərinin 10 %-i, lakin 1 tona görə 300 ABŞ dollarından az olmamaqla təsbit olunub.