Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Antalya Diplomatik Forumu çərivəsində bir sıra ikitərəfli görüşlər keçirəcək.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan deyib.
“Müzakirələrdə və ikitərəfli görüşlərdə iştirak planlaşdırılır”, – Badalyan yazıb.
Qeyd edək ki, martın 1-3 tarixlərində Antalyada Diplomatik Forumu keçiriləcək. Azərbaycan XİN başçısı Ceyhun Bayramov artıq Türkiyədədir.