Rusiya Ermənistanın bütün bəyanatlarına diqqətlə yanaşır.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Federal Şuranın Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ABŞ və AB ilə tərəfdaşlıq barədə bəyanatını şərh edərkən deyib.
“Düşünürəm ki, Ermənistan Rusiya ilə qarşıdurma kontekstində ABŞ və Qərbin, sözün geniş mənasında, geosiyasi qumar obyektinə çevrilir.
Bu, çox təhlükəlidir və yeri gəlmişkən, təkcə İrəvanla Moskva arasındakı münasibətlərə deyil, həm də Ermənistanın regional və dünya məsələlərində nüfuzuna və perspektivlərinə konkret ziyan vura bilər. Bunu başa düşməmək çox təhlükəli aldamadır”, – deyə Karasin bildirib.
Qeyd edək ki, Ararat Mirzoyan bir müddət əvvəl Ermənistanın “demokratiya yolunu” seçdiyini, ona görə də müvafiq qurumları gücləndirməyə çalışdığını, ABŞ və AB-nin əsas tərəfdaşları olduğunu bildirib.