Xəbər verdiyimiz kimi, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlaşım edərək, Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində məskunlaşan rus sülhməramlı kontingentinin məsuliyyət zonasındakı erməni icması içərisində olan bir faciəvi hadisədə rəsmi Bakını ittiham etməyə cəhd göstərib. Mirzoyan iki azyaşlı uşağın qətlinin guya “blokada” ilə bağlı olduğunu kimi həyasız yalanı da tirajlayıb. Bəs, əslində nə baş verib?
AzerTimes xəbər verir ki, Mirzoyanın istinad etdiyi hadisə erməni mediasında geninə-boluna işıqlandırılıb və bütün təfərrüat da bəllidir. Hadisə 7 iyulda, keçmiş Ağdərə rayonu ərazisində baş verib. Belə ki, iyulun 7-də saat 22:00 radələrində keçmiş Ağdərə rayonunun Ağabəyalı kənd sakini V.N polisə ərizə ilə müraciət edərək, azyaşlı uşaqlarının – 3 və 6 yaşlı qızlarının itkin düşdüyü haqda məlumat verib. Bunun ardınca iyulun 8-də səhər saat 07:30-da Ağdərə şəhər sakini A.G. Qaregin Njde (terrorçu-faşist) küçəsində özünə məxsus BMV markalı avtomobildə iki azyaşlının meyitinin aşkarlanması barədə polisə məlumat verib. Hadisə yerinə gələn polis müəyyən ediblər ki, uşaqların üzərində heç bir zorakılıq əlaməti yoxdur.
Hadisənin təfərrüatını araşdıran polis müəyyən edib ki, həmin gün saat 14:00-da ana uşaqlarını nəzarətsiz qoyaraq, Ağdərə şəhərindəki iş yerinə gedib. Ana 17:30-da geri qayıdıb və uşaqlarını tapa bilməyib.
Məlum olub ki, nəzarətsiz qalan uşaqlar Ağabəyalı kəndindən çıxaraq, Ağdərə şəhərinə gediblər (Ağabəyalı kəndi Ağdərə şəhərinin lap yaxınlığında yerləşir – xəritə təqdim edilir). Nəzarət kameralarına baxış keçirilib və bütün istintaq hərəkətləri aparılıb. Uşaqlar gəzdikdən sonra özləri BMV markalı maşının qapısını açaraq, içəri giriblər və orada yatıblar. Səhər tezdən isə onların meyitləri tapılıb.
İstintaq uşaqların ölüm səbəbi kimi maşında yüksək temperaturu göstəriblər. Yəni uşaqlar bağlı maşında, yüksək temperatur və havasızlıqdan ölüb (erməni mediasından skrinlər təqdim edilir – red.).
Ancaq qısa müddət sonra “rayon rəhbəri” kimi özünü təqdim edən Arsen Avanesyan deyib ki, qadın işə yox, uşaqları üçün yemək almağa gedib, həm də piyada. Və onun piyada getməsinin “səbəbi” kimi “blokada” səbəbindən yanacağın olmaması ilə izah edib.
Demək, ana polisə işə getdiyini deyir, ancaq “rayon başçısı” qəfil peydə olub deyir ki, yox, o, uşaqlar üçün yemək almağa gedib.
Ağabəyalı kəndinin balaca şəhər olan Ağdərənin düz mərkəzinə qədər məsafə maşın yolu ilə 3 km-dır, piyada isə 2 km-dır. Bu yolu piyada getmək üçün “benzin çatışmazlığı” bəhanəsini gətirmək gülüncdür.
Faktla bağlı qondarma “respublika”nın “cinayət məcəlləsi”nin 108-ci maddənin 2-ci bəndinə (Ehtiyatsızlıqdan ölümə əsəb olma) və 176 maddənin 1-ci maddəsinə (Valideyn öhdəliyinin yerinə yetirilməməsi) əsasən azyaşlıların anası barəsində cinayət işi açılıb. Bu artıq hər şey deməkdir. Ancaq hər zaman, istinilən fürsətdən Azərbaycana qarşı sui-istifadə etməyə çalışan erməni məkri burada da işə düşdü. Əlbəttə, fakt-sübut, cinayət ortadadır, erməni mediası və polisin açıqlaması da. Bu baxımdan Ararat Mirzoyanın bu qədər həyasızlıq edəcəyi təxmin edilmirdi.
Ancaq təxmin etmək lazımdır – çünki qarşımızdakı ermənidir və bu ermənidən hər şey gözləmək olar: ortada minlərlə faktı özlərinin yazmasına baxmayaraq, yalan danışmaq erməni xislətidir.