Bir neçə gün öncə Moskva Ermənistan xarici işlər nazirinə Bakı ilə sülh müqaviləsini müzakirə etmək üçün Rusiyaya səfər dəvəti göndərib.
AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib.
“Keçən ilin sentyabrından başlayaraq dəfələrlə Ararat Mirzoyana sülh müqaviləsi məsələləri üzrə Moskvada məsləhətləşmələr üçün dəvət göndərilib. İrəvana sonuncu dəvət bir neçə gün öncə göndərilib”, – Zaxarova söyləyib.