Mirzoyanı Ərdoğan şəxsən qəbul edəcək?

Mirzoyanı Ərdoğan şəxsən qəbul edəcək?

“3+3” formatında İstanbulda keçiriləcək iclasda iştirak etmək üçün Türkiyəyə gedən Ermənistan XİN rəhbəri Ararat Mirzoyanı Prezident Rəcəb Tayyib Ərdoğan qəbul edəcək.

AzerTimes xəbər verir ki. bu barədə erməni mediası məlumat yayıb.

Qeyd edək ki, 18 oktyabrda İstanbulda baş tutacaq iclasa Gürcüstandan başqa bütün region ölkələri – Azərbaycan, Türkiyə, İran, Rusiya və Ermənistan XİN başçıları qatılacaq.

Teqlər: