Ermənistan xarici işlə nazri Ararat Mirzoyanla Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell arasında telefon danışığı olub.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Ermənistan-Azərbaycan sülh prosesi və regional məsələlər müzakirə edilib.
Mirzoyan qeyd edib ki, sazişin yekun layihəsində əldə olunmuş razılaşmaları birləşdirməklə Azərbaycanla yekun razılığa gəlmək mümkün olacaq.