Mirzoyandan BCM-ə: Əməkdaşlığa hazırıq!

Mirzoyandan BCM-ə: Əməkdaşlığa hazırıq!

İrəvan beynəlxalq hüquq normalarının gücləndirilməsi çərçivəsində Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlığa hazırdır.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Haaqada BCM-in prezidenti Tomoko Akane ilə görüşündə deyib.

Mirzoyan Ermənistanın “beynəlxalq hüquq normalarına əməl olunması və qanunun aliliyinin təmin edilməsi” istiqamətində işlərdə iştirak etmək istəyini qeyd edib.

Tərəflər qlobal böhranlara adekvat reaksiya vermək və sülhün təmin olunmasına kömək etmək üçün müstəqil məhkəmə mexanizmlərinin vacibliyini də müzakirə ediblər.

Teqlər: