Mirzoyan yunan nazirə “Dostluq” ordeni verdi

Mirzoyan yunan nazirə “Dostluq” ordeni verdi

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda səfərdə olan Yunanıstan müdafiə naziri Nikos Dendiası “Dostluq” ordeni ilə təltif edib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Dendias iki ölkə arasındakı münasibətlərin inkişafına verdiyi töhfədən dolayı ordenlə təltif olunub.

Görüş zamanı Mirzoyan və Dendias Ermənistan-Avropa Birliyi tərəfdaşlığı çərçivəsində əməkdaşlıq məsələlərini, eləcə də müxtəlif formatlarda qarşılıqlı fəaliyyət imkanlarını müzakirə ediblər.

Bundan əlavə, Mirzoyan Dendiasa Azərbaycanla danışıqlar prosesi çərçivəsində son müzakirələr barədə məlumat verib.

Teqlər: