Mirzoyan və Bayramov Moskvada görüşəcək?

Mirzoyan və Bayramov Moskvada görüşəcək?

Rusiya Ermənistan və Azərbaycan XİN başçılarının Moskvada görüşünü təşkil etməyə hazırdır. Lakin hələlik dəqiq tarix yoxdur.

AzerTimes xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Biz dəfələrlə ikitərəfli münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması məsələləri üzrə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri səviyyəsində gələcək dialoq üçün Moskva platforması təqdim etməyə hazır olduğumuzu təsdiq etmişik. Bizim bu hazırlığımız dəyişməzdir. Biz bu barədə razılığa gəldiyimiz zaman tədbirin haqda məlumat verəcəyik”, – Qaluzin bildirib.

Teqlər: