Mirzoyan Vaşinqtondan gəldi, Nyu Yorka yola düşür

Mirzoyan Vaşinqtondan gəldi, Nyu Yorka yola düşür

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iyulun 15-16-da Nyu Yorkda işgüzar səfərdə olacaq.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Mirzoyan BMT-nin Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumunun nazirlər seqmentində iştirak edəcək.

Səfər çərçivəsində ikitərəfli görüşlər və əlaqədar tədbirlər də nəzərdə tutulub.

Qeyd edək ki, Mirzoyan 9-11 tarixlərində Vaşinqtonda keçirilən NATO sammitində iştirak etmişdi.

Teqlər: