Mirzoyan: Üçtərəfli görüş yaxın günlərdə baş tutacaq

Mirzoyan: Üçtərəfli görüş yaxın günlərdə baş tutacaq

Ola bilsin ki, yaxın vaxtlarda Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşü baş tutsun.

AzerTimes xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

Mirzoyan qeyd edib ki, bu mövzu, onun Rusiyaya səfəri zamanı da müzakirə olunub:

“Azərbaycan və Rusiyanın xarici işlər nazirləri arasında üçtərəfli görüş keçən il dekabrın 23-də baş tutmalı idi. Biz Moskvada görüşməli idik, amma Laçın yolundakı hadisələrə görə həmin görüşdə iştirakımızı təxirə saldıq.

Aydındır ki, danışıqlar indi məsafədən aparılır, çünki biz sülh sazişi ilə bağlı təklif və ideyalarımızı mübadilə edirik. Bununla belə, üzbəüz görüşlər, müzakirələr hansısa mərhələdə bərpa olunmalıdır. Ən azı belə təkliflər səslənir”.

Teqlər: