Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tehrana səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Mirzoyan iyulun 24-də İrana səfər edəcək. Ermənistan və İran XİN rəhbərlərinin görüşü və mətbuat üçün bəyanatlar planlaşdırılır.