Dohada rəsmi səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əl-Tani ilə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər öncə ikitərəfli əlaqələri müzakirə ediblər.
Bundan əlavə, Mirzoyan həmkarına Bakı-İrəvan münasibətlərinin tənzimlənməsi prosesində baş verən son hadisələri bildirərək, ərazi bütövlüyünün qarşılıqlı tanınması və 1991-ci il Almatı bəyannaməsinə əsaslanan sülh müqaviləsi, eləcə də delimitasiya prosesində irəliləyişin vacibliyini vurğulayıb.