Əlbəttə, sülh müqaviləsinin bəzi bəndləri üzrə irəliləyişə nail ola bilmişik, lakin fundamental məsələlərdə hələ ki, nəzərəçarpacaq nəticələr yoxdur.
AzerTimes xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Biz hələ də danışıqlar aparırıq. Bundan əlavə, məsələn, Tehranda 3+3 və 3+2 formatında nazirlərin görüşü çərçivəsində qeyri-rəsmi əlaqələrimiz də olub”, – o bildirib.