Ermənistanın diqqəti sülh müqaviləsi imzalamağa yönəlib.
AzerTimes xəbər verir ki, bu barədə Almatıda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“Biz danışıqlar prosesində çox konstruktiv şəkildə iştirak edirik”, – o vurğulayıb.
Onun sözlərinə görə, tərəflər sülh müqaviləsi imzalamaqla məhdudlaşmamalıdırlar:
“Biz daha da irəli gedə və regionda bütün nəqliyyat kommunikasiyalarını aça bilərik”.
Qeyd edək ki, Almatıda Azərbaycan və Ermənistan XİN başçılarının ikigünlük danışıqlar prosesi başlayıb.