Ermənistan XİN rəhbəri Ararat Mirzoyan və Rusiya XİN rəhbərinin müavini Andrey Rudenko arasında görüş baş tutub.
AzerTimes Rusiya XİN-ə istinadən xəbər verir ki, tərəflər müzakirə zamanı Avrasiya məkanında təhlükəsizliyi gücləndirmək və əməkdaşlıq mexanizmlərinin səmərəliliyinin pozulmasının qarşısını almaq üçün ümumi niyyətlərini təsdiqləyiblər.
Rəsmilər həmçinin Cənubi Qafqazda ümumi vəziyyəti, o cümlədən region ölkələri ilə münasibətlərin normallaşması, nəqliyyat və iqtisadi əlaqələrin intensivləşməsi məsələlərini müzakirə ediblər.