Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Murad Nurtleu arasında telefon danışığı olub.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı Ermənistan və Qazaxıstan arasında ikitərəfli əməkdaşlığın gündəliyi, o cümlədən tərəfdaşlığın genişləndirilməsinə yönəlmiş cari işlər müzakirə edilib.
Tərəflər regional sabitlik və təhlükəsizliklə bağlı məsələlər, o cümlədən regional logistika əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.