Mirzoyan NATO nümayəndəsi ilə görüşdü

Mirzoyan NATO nümayəndəsi ilə görüşdü

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan IV Antalya Diplomatik Forumu (ADF2025) çərçivəsində NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilkə görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə Mirzoyan özünün X səhifəsində məlumat verib.

“Azərbaycanla münasibətlərin normallaşdırılması prosesində əldə olunan mühüm mərhələni – sülh müqaviləsinin mətninin tamamlanmasını və onun imzalanması ilə bağlı Ermənistanın mövqeyini vurğuladım”, – Mirzoyan bildirib.

Teqlər: