Mirzoyan Mustafa ilə danışdı, təşəkkür “aldı”

Mirzoyan Mustafa ilə danışdı, təşəkkür “aldı”

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Fələstin Baş naziri, xarici işlər və diaspor naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Baş nazir Ermənistanın Fələstinin tanınması məsələsində göstərdiyi mövqeyə görə minnətdarlığını bildirib.

Mirzoyan vurğulayıb ki, Ermənistanın bu qərarı “iki dövlət” həllinin dəstəklənməsi və böyük insan tələfatına səbəb olan vəziyyətin həllinin vacibliyi ilə bağlı ardıcıl mövqedən irəli gəlir.

İkitərəfli münasibətlərin və siyasi dialoqun inkişafı məsələləri müzakirə edilib.

Teqlər: