Mirzoyan Londonda dəhlizin erməni variantını təqdim etdi

Mirzoyan Londonda dəhlizin erməni variantını təqdim etdi

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Leo Dokerti arasında Londonda görüş olub.

AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Görüş zamanı siyasi, ticarət-iqtisadi məsələlər, təhlükəsizlik və digər mövzular müzakirə olunub.

Tərəflər Cənubi Qafqazdakı vəziyyətə və Ermənistanla Azərbaycan arasında nizamlanma prosesinə toxunublar. Mirzoyan Ermənistanın irəli sürdüyü “Dünyanın kəsişməsi” layihəsini təqdim edib, onun regionda sabitliyin bərqərar olması kontekstində həyata keçirilməsinin faydalarını qeyd edib.

Teqlər: