Mirzoyan Litvaya gedir: Memorandum imzalanacaq

Mirzoyan Litvaya gedir: Memorandum imzalanacaq

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iyunun 20-də Litvaya işgüzar səfər edəcək.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mirzoyanın litvalı həmkarı Qabrielius Landsberqis və digər ölkə rəsmiləri ilə görüşü nəzərdə tutulub.

Nazirlərin görüşündən sonra birgə mətbuat konfransı və anlaşma memorandumunun imzalanma mərasimi keçiriləcək.

Teqlər: