Mirzoyan Lavrovun qabağında rol oynadı – Manukyan

Mirzoyan Lavrovun qabağında rol oynadı – Manukyan

Ermənistan müxalifəti İrəvanda KTMT xarici işlər nazirləri şurasının iclasının keçirildiyi prezident iqamətgahının qarşısında etiraz aksiyası keçirib.

AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

Aksiyada iştirak edən müxalif deputatlar bəyanatlarla çıxış ediblər.

“Ermənistan” fraksiyasının deputatı Geqam Manukyan bildirib ki, xarici işlər naziri Ararat Mirzoyan “ölkədə böhran yoxdur” deməklə Lavrovun qarşısında “yaxşı oğlan” rolunu oynadı.

“Hazırkı hakimiyyətin Ermənistan və “arsax” adından danışmağa haqqı yoxdur. İndiki hakimiyyət o vaxtı KTMT-nin baş katibi olmuş Yuri Xaçaturovu müttəhim kürsüsünə əyləşdirəndə ölkəni KTMT-də nüfuzdan saldı”, – Manukyan bildirib.

Sonda Geqam Manukyan gələcək addımlarını planlaşdırmaq üçün hər kəsi Fransa meydana davət edib.

Teqlər: