Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Cenevrədə Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Tərəflər Azərbaycan-Ermənistan sərhədində baş vermiş son genişmiqyaslı toqquşmanı, Qarabağ münaqişəsini və s. məsələləri müzakirə ediblər.