Mirzoyan italiyalı həmkarı ilə danışdı

Mirzoyan italiyalı həmkarı ilə danışdı

Ermənistan və İtaliyanın xarici işlər nazirləri Ararat Mirzoyan və Antonio Tajani arasında telefon danışığı baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı tərəflər ən yüksək səviyyədə qarşılıqlı səfərlərin həyata keçirilməsinə toxunub, iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması ilə bağlı fikir mübadiləsi aparıblar.

XİN rəhbərləri regional sabitlik və təhlükəsizliklə bağlı məsələlərə də toxunublar.

Xarici işlər nazirləri AB-nin Ermənistandakı monitorinq missiyasının fəaliyyəti ilə bağlı mövzuları da müzakirə ediblər.

Teqlər: