

Ermənistan və Rusiya ilin əvvəlindən fəal siyasi dialoq aparır.
AzerTimes xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
“İlin əvvəlindən Rusiya ilə dialoqumuz çox fəaldır. Yadınızdadır, ilin əvvəlində Rusiyaya səfər etmişdim, bu yaxınlarda isə xarici işlər naziri Sergey Lavrov ölkəmizə səfər etmişdi”, – o bildirib.