Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Rusiya xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının iclası öncəsi görüş keçirib.
AzerTimes xəbər verir ki, erməni nazir bu barədə X (Tvitter) sosial şəbəkəsində yazıb.
O, rusiyalı həmkarı ilə Qarabağdakı “humanitar böhran”dan və Laçın yolunun “blokadası”ndan danışdığını bildirib.
Mirzoyan növbəti dəfə Lavrova Azərbaycanın guya erməni əhalisinə qarşı “etnik təmizləmə” planlaşdırması nağılını danışıb.
Qeyd edək ki, bu gün saat 23:00-da BMT TŞ-də Ermənistanın tələbi ilə Qarabağdakı vəziyyətlə bağlı iclas keçiriləcək.