Mirzoyan Donfridə Bayramovla görüşündən danışdı

Mirzoyan Donfridə Bayramovla görüşündən danışdı

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı tərəflər regional təhlükəsizlik və sabitlik məsələlərini müzakirə edib.

Mirzoyan Donfridə Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesinin təfərrüatı barədə məlumat verib.

Rəsmilər nəqliyyat və kommunikasiyaların açılması prosesinə, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyanın işinə diqqət çəkiblər.

Həmçinin, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Tiflisdə keçirilən görüşü ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun görüşünü müsbət addım adlandırıb.

Teqlər: