Mirzoyan da KTMT sammitində iştirak etməyəcək

Mirzoyan da KTMT sammitində iştirak etməyəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT-nin Belarusda keçiriləcək sammitində iştirak etməyəcək.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Bildirilib ki, Belarus tərəfinin təşəbbüsü ilə Mirzoyanla onun belaruslu həmkarı Sergey Aleynik arasında telefon danışığı olub.

Söhbət zamanı Mirzoyan qeyd edib ki, noyabrın 22-də Minskdə keçiriləcək Xarici İşlər, Müdafiə nazirlikləri və KTMT Təhlükəsizlik Şurası katiblərinin birgə iclasında iştirak edə bilməyəcək.

Qeyd edək ki, noyabrın 14-də Ermənistanın baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında KTMT-nin noyabrın 23-də Minskdə keçiriləcək sammitində iştirakdan imtina etdiyini açıqlamışdı.

Teqlər: