Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşməyə hazıram.
AzerTimes xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
O bildirib ki, İrəvan Ankara ilə dialoqla bağlı mövqeyini həmişə açıq şəkildə bəyan edib:
“Ermənistan bu dialoqun uğurla nəticələndiyini görməkdə maraqlıdır. Görüşlərdə tərəflər diplomatik münasibətlərin qurulması, sərhədlərin açılması istiqamətində dürüst və ciddi addımlara hazır olmalıdır”.
Qeyd edək ki, daha əvvəl M.Çavuşoğlu Mirzoyanla görüşə hazır olduğunu bildirmişdi.