Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İstanbulda törədilən terror aktına görə türkiyəli həmkarı Mövlud Çavuşoğluna başsağlığı verib.
AzerTimes xəbər verir ki, bu barədə Mirzoyan Tvitterdə paylaşım edib.
“İstanbulda baş vermiş ölümcül partlayış nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayıram”, – XİN başçısı vurğulayıb.
Qeyd edək ki, ötən gün İstanbulda baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər xəsarət alıb.