Mirzoyan Berlinə iki günlük səfərə gedir

Mirzoyan Berlinə iki günlük səfərə gedir

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Berlinə iki günlük işgüzar səfər edəcək.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

“Səfər fevralın 6-dan 7-dək davam edəcək. Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə görüş planlaşdırılır, bundan sonra departament rəhbərləri mətbuat konfransı keçirəcəklər. Mirzoyan həmçinin Almaniyanın qanunvericilik orqanlarının və ekspert icmasının nümayəndələri ilə görüşlər keçirəcək, İrəvan və AB tərəfdaşlığı, Cənubi Qafqazda sabitlik və təhlükəsizliyə çağırışlar müzakirə olunacaq”, – məlumatda deyilir.

Teqlər: