Mirzoyan ABŞ rəsmisi ilə Bakıyla əlaqələri müzakirə etdi

Mirzoyan ABŞ rəsmisi ilə Bakıyla əlaqələri müzakirə etdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibinin müavini Coşua Hak arasında görüş baş tutub.

AzerTimes xəbə verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, rəsmilər ikitərəfli gündəliyi, o cümlədən regional məsələləri müzakirə ediblər.

Regional məsələlər kontekstində Ararat Mirzoyan və Coşua Hak Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması ilə bağlı fikir mübadiləsi aparıblar.

Mirzoyan ölkəsinin regional kommunikasiyaların açılmasında maraqlı olduğunu təsdiqləyib.

Teqlər: