Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Amerika Erməni Assambleyasının rəhbərliyini qəbul edib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Ermənistan və ABŞ arasında siyasi dialoq və regional mövzular ətrafında fikir mübadiləsi aparıb. Eyni zamanda, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə toxunulub.