Mirzoyan AB missiyasının nümayəndələri ilə görüşdü

Mirzoyan AB missiyasının nümayəndələri ilə görüşdü

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Mülki Planlaşdırma və Davranış üzrə Avropa Xarici Fəaliyyət Xidmətinin (CPCC) idarəedici direktoru Stefano Tomat və AB-nin monitorinq missiyasının rəhbəri Markus Riterlə görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Tərəflər Ermənistandakı ümumi təhlükəsizlik vəziyyətini, eləcə də İrəvanın və beynəlxalq ictimaiyyətin regionda sülhün bərqərar olmasına yönəlmiş səylərini müzakirə ediblər.

Qeyd edək ki, bu gün Avropa Birliyinin Ermənistandakı mülki missiyası işə başlayıb.

Teqlər: