Mirziyayev meri müşavirədə vəzifədən qovdu

Mirziyayev meri müşavirədə vəzifədən qovdu

Özbəkistan Prezidenti Şövkət Mirziyayev Daşkəndin rəhbəri Cahangir Artıxojayevi şəhər təsərrüfatını qış şəraitinə hazırlamadığı üçün vəzifəsindən qovub.

AzerTimes xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin rəhbəri Şirzad Əsədov məlumat yayıb.

“Əhalinin enerji resursları ilə təmin olunmasına həsr olunmuş geniş tərkibdə keçirilən müşavirədə Daşkəndin başçısı Cahangir Artıxojayev qış mövsümünə kifayət qədər hazırlıq görülmədiyinə görə tutduğu vəzifədən azad edilib”, – Əsədov bildirib.

Teqlər: